image-qanunla-reklam
image-fb_img_1742492384113

Mərkəzi Aran Regional Təhsil İdarəsi Novruz Bayramını təntənə ilə qeyd edib

image-lady-day-az

Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə xalqımızın qədim tarixi və milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir keçirilib.

Qanunla.Az xəbər verir ki, bayram şənliyində Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Cavad Cavadov, idarənin struktur üzrə bölmə rəhbərləri, tabeliyində olan təhsil sektorlarının müdirləri və əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlayıb. Tədbirin açılışında çıxış edən Cavad Cavadov Novruz bayramının milli-mədəni sərvətlərimiz sırasında xüsusi yer tutduğunu vurğulayıb. O, iştirakçıları bu əziz bayram münasibətilə təbrik edərək, onlara möhkəm can sağlığı, xoş əhval-ruhiyyə və bol ruzi-bərəkət arzulayıb.

Şənlik zamanı müxtəlif musiqi nömrələri səsləndirilib, milli oyunlar və əyləncəli yarışlar təşkil edilib, bayram coşğusu iştirakçılara unudulmaz anlar yaşadıb.

image-fb_img_1742492371557 image-fb_img_1742492374919 image-fb_img_1742492380557 image-fb_img_1742492384113 image-fb_img_1742492387255 image-fb_img_1742492391208 image-fb_img_1742492394477 image-fb_img_1742492397350 image-fb_img_1742492403255 image-fb_img_1742492406816


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki