image-qanunla-reklam
image-fb_img_1739292754562

Mərkəzi Aran Regional Təhsil İdarəsində bir qrup ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib-FOTO

image-lady-day-az

Mərkəzi Aran Regional Təhsil İdarəsində bir qrup ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Qanunla.Az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadovun rəhbərliyi ilə ümumi təhsil müəssisələrinin rəhbərləri ilə işgüzar görüş təşkil edilib. Görüş idarənin inzibati binasında baş tutub və tədbirdə idarənin struktur üzrə bölmə rəhbərləri, eləcə də əməkdaşlar iştirak ediblər.

Cavad Cavadov çıxışında təhsilverənlərin etik davranış qaydaları, müəssisələrdə kadr və sənədləşmə işlərinin düzgün təşkili, həmçinin tədrisin keyfiyyətinə təsir edən vacib məsələlərə toxunub. O, rəhbərlərə təhsil prosesində şəffaflıq və effektiv idarəetmə mexanizmlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Daha sonra idarənin struktur üzrə bölmə rəhbərləri öz səlahiyyət sahələri üzrə çıxış edərək, müvafiq tövsiyələrini və təkliflərini bölüşüblər. Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

image-fb_img_1739292742055 image-fb_img_1739292745261 image-fb_img_1739292751788 image-fb_img_1739292754562 image-fb_img_1739292756966 image-fb_img_1739292760471 image-fb_img_1739292762732


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki