Mərkəzi Aran Regional Təhsil İdarəsində “Cerebry” layihəsinin tətbiq edildiyi 26 ümumi təhsil müəssisəsinin direktorları, koordinatorları, yerli təhsil sektorlarının müdirləri, eləcə də Azərbaycan Respublikasının Təhsil İnstitutu və Sinqapurun Marşel Kavendiş Təhsil Şirkətinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuş təlimlərdə iştirak etmiş regionun riyaziyyat və təbiət elmləri müəllimləri ilə geniş müzakirə toplantısı keçirilib.
Qanunla.Az xəbər verir ki, görüşdə açılış nitqini söyləyən Cavad Cavadov “Cerebry” layihəsinin PİSA 2025 beynəlxalq qiymətləndirməsinə hazırlıq baxımından əhəmiyyətini vurğulayıb. Layihənin təhsil prosesini müasir metodlarla təkmilləşdirməklə, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə daha yüksək nəticələr göstərməsinə dəstək verdiyi xüsusi qeyd olunub.
İclas zamanı layihənin cari tətbiq vəziyyəti, qarşıya çıxan çətinliklər və gələcək hədəflər ətraflı müzakirə edilib. Təhsil keyfiyyətinin artırılması məqsədilə bu cür innovativ təşəbbüslərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.