Mərkəzi Aran Regional Təhsil İdarəsində növbəti qrup ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Qanunla.Az xəbər verir ki, fevral ayının 21-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadovun rəhbərliyi ilə ümumi təhsil müəssisələrinin daha bir qruup rəhbərləri ilə işgüzar görüş təşkil edilib. Görüş idarənin inzibati binasında baş tutub və tədbirdə idarənin sektor müdiri Leyla Bayramova, eləcə də əməkdaşlar iştirak ediblər. Cavad Cavadov çıxışında təhsilverənlərin etik davranış qaydaları, müəssisələrdə kadr və sənədləşmə işlərinin düzgün təşkili, həmçinin tədrisin keyfiyyətinə təsir edən vacib məsələlərə toxunub. O, rəhbərlərə təhsil prosesində şəffaflıq və effektiv idarəetmə mexanizmlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.