image-qanunla-reklam
image-fb_img_1741932264710

Mərkəzi Aran Regional Təhsil İdarəsində vətəndaş qəbulu həyata keçirilib-FOTO

image-lady-day-az

13 mart tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsində vətəndaş qəbulu həyata keçirilib

Qanunla.Az xəbər verir ki, mart ayının 13-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov idarənin inzibati binasında vətəndaşları qəbul edib. Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Cavad müəllim qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

Qeyd etmək istərdik ki, vətəndaşların qəbulu hər həftənin dördüncü günü 15:00-da həyata keçirilir. Qəbula yazılmaq üçün 146-0-3 çağrı mərkəzimizə, [email protected] ünvanına və ya 051-867-91-66 nömrəsinin votsapına müraciət edə bilərsiniz.

image-fb_img_1741932262187 image-fb_img_1741932264710 image-fb_img_1741932267086 image-fb_img_1741932269306 image-fb_img_1741932271529


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki