image-qanunla-reklam
image-1694692134_edf0872cea778c5830865cefec693d3f

Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak

image-lady-day-az

Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak.

Azərbaycanın  xarici siyasəti  hər zaman  sülhsevər siyasətdir. Məlum olduğu kimi, illər öncə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Qarabağ münaqişəsini dövlətimiz hər zaman sülh yolu ilə  həll etməyə  çalışmışdır. Cənab Prezident İlham Əliyevin nüfuzlu tədbirlərdə iştirakı və dünyada baş verən hadisələrə obyektiv münasibəti, həmçinin ölkəmizin inkişafı, sülh tərəfdarı olması haqqında ətraflı məlumat verməsi bir daha Azərbaycanın yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyinin fəal üzvü kimi beynəlxalq mövqeyini ildən-ilə gücləndirir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət milli maraqlarımızı qlobal miqyasda layiqincə təmin edir. Dövlət başçısının Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə dəvət edilməsi ölkəmizin reytinqinin yüksəldiyni təsdiqləyən daha bir nümunədir.  Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri olub. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artmış, ölkəmizlə əməkdaşlıq qurmaq istəyən dövlətlərin sayı getdikcə çoxalmışdır. Onların arasında Mərkəzi Asiya dövlətləri vacib yer tutur. Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, keçirdiyi görüşlər, o cümlədən qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təkcə respublikamız və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütövlükdə, Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın belə görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın mövcud əlaqələrinə inkişaf mərhələsi kontekstindən yanaşdıqda qarşılıqlı səfərlər zamanı imzalanan sənədləri, xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın apardığı quruculuq işlərinə verilən töhfələri də xüsusi vurğulamaq lazımdır. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı, həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir. Beynəlxalq təşkilatlar çərçivəsində də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq uğurla davam edir. Azərbaycanın beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq, bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəyi artıq dünya birliyinə məlumdur. Ölkəmiz COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır. Bu gün regionda baş verən siyasi, iqtisadi proseslər göstərir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə istənilən sahədə əməkdaşlıq qurmaqda, mövcud münasibətləri inkişaf etdirməkdə maraqlıdır və maraqların kəsişməsi mühüm nəticələr verməkdədir.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Bunun nəticəsidir ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu da öz növbəsində ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə fəal şəkildə reallaşdırılan investisiya layihələri, bu xüsusda yaradılan Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları da əhəmiyyətli rola malikdir. Eyni zamanda rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfələr vəd edən “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi də nəqliyyat-ticarət əlaqələrinin daha da sıxlaşmasının bariz nümunəsidir. Ümumiyyətlə, ölkələrarası əməkdaşlıq, çoxşaxəli ticarət dövriyyəsinin həcmi olduqca genişdir və eyni zamanda perspektivləri də böyükdür. Bu perspektivə təkan verən hadisələrdən biri də ötən il Azərbaycanın sədri olduğu, Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünün əhəmiyyətini  də qeyd edə bilərik. Həmin görüşdə iştirak edən ölkə başçısı cənab İlham Əliyev qarşılıqlı əməkdaşlıqların mühüm istiqamətlərindən söhbət açaraq mövcud münasibətlərin möhkəmliyini iqtisadi güc, siyasi sabitliklə əlaqələndirdi. Bu gün regionda baş verən siyasi, iqtisadi proseslər göstərir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə istənilən sahədə əməkdaşlıq qurmaqda, mövcud münasibətləri inkişaf etdirməkdə maraqlıdır və maraqların kəsişməsi mühüm nəticələr verməkdədir. Əminliklə demək olar ki, “yaşıl enerji sahəsi”nə töhfə məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə əldə olunan razılıq, imzalanan əməkdaşlıq memorandumu Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Ticarət Limanının nəqliyyat-tranzit baxımından imkanları sözügedən region ölkələrini böyük inkişaf yoluna çıxaracaq.

Azərbaycanın Mərkəzi Asiyanın nüfuzlu dövlətlərindən olan Qazaxıstanla əlaqələri intensiv səciyyə daşıyır. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Bura enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir. Nəqliyyat və logistika iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın mühüm istiqamətini təşkil edir. Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.

Azərbaycanla Qırğızıstan arasında  iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. 2022-ci il 20 aprel tarixində Bakıda “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.

Azərbaycan-Özbəkistan əlaqələrinin önəmini ayrıca qeyd edə bilərik. İki ölkə arasında siyasi dialoq öz intensivliyi ilə səciyyələnir. Həm Azərbaycanda, həm də Özbəkistanda qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirilir.

Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlıqda ilk addımdır.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır.

Prezident cənab İlham Əliyevin bir sıra mühüm əhəmiyyətli tədbirlərdə, o cümlədən Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir. Bu günlərdə dövlət başçımızın Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə dəvət edilməsi ölkəmizin reytinqinin yüksəldiyni təsdiqləyən daha bir nümunədir.

Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Görüşdə dövlət başçısı İlham Əliyev bildirdi ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.

Günümüzün əsas müzakirə mövzularından biri Azərbaycanın bu ilin noyabr ayında mötəbər tədbirə-COP29-a ev sahibliyidir. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu mühüm hadisəyə diqqət yönəldərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyini şərtləndirən amilləri açıqlayır. Reallıq budur ki, Azərbaycan iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizəyə töhfələri ilə diqqətdədir. Hər zaman beynəlxalq həmrəyliyin gücləndirilməsinə səy göstərir. Cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi də bunun bariz nümunəsidir. COP29 gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Bu tədbir ölkəmizin malik olduğu imkanların təqdimatında öz sözünü deyəcək. Hər zaman vurğulandığı kimi, keçirilən tədbirlər mahiyyəti ilə yanaşı, məkan baxımından da xüsusi diqqətdə olur. Azərbaycan istər ev sahibliyi etdiyi, istərsə də fəxri qonaq qismində qatıldığı tədbirlər baxımından daha çox diqqət yönəldilən ölkədir. Təbii ki, buna əsas verən inrkişafın Azərbaycanın modelinin mövcudluğudur. Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq COP29 iqlim konfransına ev sahibliyi etməsi də özündə bütün məqamları ehtiva edir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli şəhər kitabxana filialının müdiri Səidə Xəlilova

 

 

Qardaşlıq münasibətləri.

Azərbaycanın xarici siyasət uğurları belə bir ümumiləşdirməyə əsas verir ki, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi onun yeni əməkdaşlıq körpüləri qurmasında stimulverici amildir. Azərbaycan daim əməkdaşlıq məkanı, sabitləşdirici, birləşdirici aktor kimi tanınır, nüfuz qazanır. Ədalətə və beynəlxalq hüquqa söykənən, qarşılıqlı etimada əsaslanan siyasətin uğurları davamlıdır. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra qarşıda duran prioritet məsələ 30 il ərzində işğalda olmuş, ermənilər tərəfindən daşı daş üstündə qalmayan ərazilərimizin yenidən qurulması və bərpasıdır. İşğaldan azad olunmuş ərazilərin qısa zamanda bərpası keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına, əzəli torpaqlarına qayıtmasına hesablanıb. Buna görədir ki, erməni tapdağından azad edilmiş bütün rayonlarda Prezident cənab İlham Əliyevin birbaşa nəzarəti altında sürətli quruculuq işləri görülür. Bu gün artıq 4 ilə yaxındır ki, Şuşa işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur, bu torpaqlara həyat qayıdır.

Ötən dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Ağdama və Füzuliyə də səfərləri olub. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür.

Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildi. Cənab İlham Əliyev qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirdi.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

COP29 iqlim konfransı.

Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilib. Sözügedən qərar hər şeydən əvvəl Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Dünyanın ən böyük beynəlxalq konfransı – COP29-da 100-dən çox dövlətin nümayəndəsi iştirak etdiyi üçün və bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur. Siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq. Azərbaycana Cənubi Qafqaz bölgəsində yaşıl ərazinin yaradılması önəmlidir. Vaxtilə ölkəmizin beşdəbir hissəsi işğal altında qalanda Ermənistan orada boz zona yaratmışdı. Bu zonada işğalçılıq siyasəti nəticəsində respublikamızın florası və faunası məhv edilmişdi. Eləcə də Azərbaycanın mədəni irsi, mədəni abidələri, şəhər, qəsəbə, kəndləri dağıdılıb, kənd təsərrüfatı ziyan görmüşdü. Azərbaycanın həmin ərazilərdə alternativ, yaşıl enerjilər, karbohidrogen və karbon qazlarından azad olan seqmentlər üzrə inkişaf etdirilməsi yanaşmasının ortaya qoyulması faktiki olaraq yaşıl enerjiyə yeni münasibətin sərgilənməsindən və həmin sahədə siyasətin formalaşmasından xəbər verir. Məhz bu səbəbdən də vaxtilə boz zona olan əraziləri yaşıl zonaya çevirmək niyyətində olan Azərbaycan üçün 29-cu sessiyanın ölkəmizdə keçirilməsi olduqca vacibdir.

Odur ki, həmin mötəbər tədbirin “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək. Eyni zamanda, ölkəmiz həmin istiqamətlər üzrə yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün çox əlverişli imkanlar qazanacaq.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir.

Dünya birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır. Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyişikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir.

 

Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli şəhər kitabxana filialının müdiri Laçın Abdullayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki