image-qanunla-reklam
image-cetene_240918__-8

Meşədə narkotik yetişdirən saxlanıldı

image-lady-day-az

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Xaşxaş-2021 şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tel kənd sakini İslam Əlimulayev saxlanılıb.

Qanunla.Az  xəbər verir ki, Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təsbirləri nəticəsində İslam Əlimulayevin yaşadığı Tel kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 311 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki