image-970_50
image-1619870276-1617966976_messi2709

Messi “PSJ” ilə danışıqlar aparır

image-728_90

İspaniya “Barselona”sından ayrılan ulduz futbolçu Lionel Messi son bir neçə saat ərzində Fransanın PSJ klubu ilə danışıqlar aparır.

Qanunla.Az xəbər verir ki, bu barədə jurnalist Məhəmməd Buhafsi tvitter hesabında bildirib.

Paris təmsilçisi 34 yaşlı hücumçu ilə müqavilə imzalamağı ciddi şəkildə düşünür və bunun həllini tapmağa çalışır.

Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki