Argentinalı futbolçu Lionel Messinin Fransanın “Paris Sen-Jermen” klubunda qazanacağı əməkhaqqı açıqlanıb.
Qanunla.Az-ın məlumatına görə, futbolçu Paris klubunda 110 milyon avro gəlir əldə edəcək.
Qeyd olunur ki, argentinalı ulduzun illik maaşı 30 milyon avro təşkil edir. Bununla yanaşı, o, PSJ-də daha iki mövsüm qalarsa, 20 milyon avro məbləğində “loyallıq bonusu” əldə edəcək.
Xatırladaq ki, ötən ay “Barselona”dan ayrlan L.Messi avqustn 10-da PSJ ilə üçillik müqavilə imzalamışdı.