“20 Yanvar” stansiyasında 1 nəfərin halı pisləşib.
Bu barədə Qanunla.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.
Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə dünyasını dəyişib.