image-qanunla-reklam
image-metro-karantin

Metrodakı tüstülənmənin səbəbi açıqlandı

image-lady-day-az

Bu gün saat 14:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Qanunla.Az-a verilən məlumata görə, dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının Metropiliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki