image-qanunla-reklam
image-agakerim

Meyxanaçı Ağakərimin səhhəti pisləşdi

image-lady-day-az

İnsult keçirən meyxanaçı Ağakərim Novruzovun səhhəti pisləşib.

Qanunla.Az xəbər verir ki, bu barədə jurnalist Hacı Nuran məlumat yayıb.

“Meyxanaçı Ağakərimin vəziyyəti yaxşı deyil. Hərçənd arada səhhətinin şıltaqlıq etdiyini, amma Ağakərimin hər çətinliyin öhdəsindən gəldiyini yaxşı bilirdim. Bu dəfə də sağalacağına əminəm. Çünki mən meyxana sənətini Ağakərimsiz təsəvvür belə etmirəm. Ağakərim sinədəftərdir. Bədahətən dediyi meyxananın həm qafiyəsi, həm mənası onu dinləyənlərin zövqünü həmişə oxşayıb. Ağakərim həm də dostcanlı, qohumcanlıdır.

Başqa cür adamdı Ağakərim. Meyxana aləminin əsl xiridarıdır. Yastığın yüngül olsun, sənətkar. Sənin sağalacağına inanıram!” – H.Nuran qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki