image-qanunla-reklam
image-614f28af98c3a614f28af98c3b1632577711614f28af98c37614f28af98c39

Mikayıl Cabbarov UNDP-nin Azərbaycanda fəaliyyət müddəti başa çatan rezident nümayəndəsi ilə görüşüb

image-lady-day-az

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT İnkişaf Proqramının (UNDP) Azərbaycanda fəaliyyət müddəti başa çatan rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, iqtisadiyyat naziri UNDP-nin ölkəmizdə gördüyü işlərin, həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğulayıb, rezident nümayəndəyə səmərəli fəaliyyətinə görə minnətdarlıq edib, gələcək işlərində uğurlar arzulayıb.

Görüşdə UNDP-nin innovasiya, “yaşıl iqtisadiyyat”, regionlarda sosial-iqtisadi və biznes əlaqələrinin genişləndirilməsi kimi istiqamətlər üzrə göstərdiyi dəstəyin əhəmiyyəti qeyd edilib.

Alessandro Frakassetti fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkür edib, Azərbaycan hökuməti tərəfindən UNDP-nin ölkəmizdə fəaliyyətinin səmərəli təşkilinə göstərilən dəstəyi yüksək qiymətləndirib.

Bildirilib ki, UNDP “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə və “2021-2025-ci illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq Azərbaycan hökumətinə dəstək verməyə hazırdır.

Tərəflər UNDP-nin Azərbaycanda fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki