image-qanunla-reklam
image-qeza-lenkeran

Mikroavtobusla minik avtomobili toqquşdu: ölən var

image-lady-day-az

Bakı-Qazax avtomobil yolunda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qanunla.Az  Report-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Tovuz rayon ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusla VAZ-2107 markalı avtomobil toqquşub.

Hadisə zamanı 1970-ci il təvəllüdlü Namiq Məmmədov ölüb, daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki