“Milan”ın hücumçusu Emil Roback itkin düşüb.
“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, İsveçin “Norrköpinq” klubunda icarə əsasında çıxış edən futbolçunun qohumları və klub nümayəndələri onun son 14 gündə harada olması barədə heç nə bilmir. Futbolçu məşqə gəlmir və onunla əlaqə saxlamaq mümkün deyil.
“Mən onun yaxşı olub-olmadığını bilmək istəyirəm. Onunla əlaqə saxlaya bilməməyimiz məni narahat edir, amma başqa nə edə biləcəyimizi bilmirəm. Dəfələrlə ona zəng vurmuşuq. Onun qayıdacağına ümidimi itirmirəm”, – deyə klubun direktoru Toni Martinsson bildirib.