İtaliya A Seriyasında XXV tura yekun vurulub.
Qanunla.Az xəbər verir ki, son oyun günündə beş qarşılaşma keçirilib.
Turun maraqlı görüşlərindən biri “Montsa” və “Milan” komandaları arasında baş tutub. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunlarında “Bolonya” “Latsio”ya 2:1,”Roma” isə “Frosinone”yə 3:0 hesabı ilə qalib gəlib. “Empoli” – “Fiorentina” və “Udineze” – “Kalyari” görüşləri qollu sülhlə bitib – 1:1.
Qeyd edək ki, turnir cədvəlinə 63 xalla “İnter” başçılıq edir. “Yuventus” 54 xalla 2-ci, “Milan” isə 52 xalla üçüncü pillədə qərarlaşıb.