image-qanunla-reklam
image-1718183350-16475759652427245788_1200x630

Millət vəkili Elnur Allahverdiyev 1026 ailəyə Qurban bayramı sovqatı göndərib -FOTOLAR

image-lady-day-az

Milli Məclisin deputatı Elnur Allahverdiyev  hər il olduğu kimi  Qurban bayramı ərəfəsində seçicilərinə Qurban bayramı sovqatı göndərib.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanaşılır.

Dövlət başçımızın Qurban bayramı münasibətilə xalqımıza təbrikində vurğulandığı kimi, hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir.

Bu ilki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, insanlarımız öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir.

Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad olunur, xalqımızın firavanlığı və əmin-amanlığı, vətənimizin çiçəklənməsi və tərəqqisi naminə dualar edilir.

Elnur Allahverdiyev seçicilərini və ailə üzvlərini Qurban bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını yetirib.

Deputatın ofisindən Qanunla.Az-a daxil olan məlumata əsasən Qurban bayramı münasibətilə millət vəkilinin təşəbbüsü ilə Bayramı dairəmizin şəhid və qazi ailələri ilə, aztəminatlı sakinlərimizlə daha yaxından qeyd etmək məqsədi ilə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Bələdiyyəsi və sosial tərəfdaşlarımızla birlikdə növbəti aksiyamızı reallaşdırdıq. Sosial aksiya çərçivəsində könüllülərimiz və komanda üzvlərimiz dairəmizin 1026 ailəsinə baş çəkib bayram payımızı çatdırdılar.

image-fb_img_1718557866135 image-fb_img_1718557870467 image-fb_img_1718557873276 image-fb_img_1718557879409 image-fb_img_1718557882885 image-fb_img_1718557885437 image-fb_img_1718557888665 image-fb_img_1718557893860 image-fb_img_1718557897737 image-fb_img_1718557901184 image-fb_img_1718557904703 image-fb_img_1718557907512 image-fb_img_1718557934937 image-fb_img_1718557937453 image-fb_img_1718557941911 image-fb_img_1718557948863


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki