Ölkə başçısı cənab İlham Əliyevin doğum gününə təsadüf edən qəbul, seçicilərin Prezidentin ünvanına ifadə etdikləri xoş sözlərlə yadda qalıb.
Qanunla.Az xəbər verir ki, ilk öncə millət vəkili Jalə Əliyeva ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ona öz ehtiramını bildirib.
Daha sonra Heydər Əliyev Mərkəzində baş tutan görüşdə deputat seçiciləri ilə görüşdə bildirib ki, bu gün çox böyük əlamətdar gündür.
Bu gün Azərbaycan respublikasının prezidenti, Ali Baş Komandan, Zəfərimizin və yeni Qarabağın memarı, qalib sərkərdə İlham Əliyev cənablarınin doğum günüdür.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Möhtərəm prezident ötən gün imzaladığı sərəncamla bir daha sübut etdi ki, o, hər zaman xalqı düşünüb, xalqının rifahı onun üçün öndə duran əsas vəzifələrdən biridir.
Əmək haqqlarının artması, sosial müavinatların artması hər bir vətəndaşın büdcəsinə böyük kömək olacaqdır.
Görüşə gələn seçicilər ən xoş arzularını cənab Prezidentə çatdırmağın deputatdan xahiş ediblər.
Qəbul zamanı vətəndaşlar əlilliyin təyinatı, sosial müavinətlər, iş və mənzil təmini, məşğulluq, sağlamlıq problemləri, əfv məsələləri və s. bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər.
Seçiciləri narahat edən məsələlər nəzarətə götürülərək aidiyyəti orqanlara yönləndirilib. Müraciətlərin bir qismi ilə bağlı olaraq əlaqədar qurum rəhbərləri ilə telefonla danışılıb. Sorğuya ehtiyacı olan digər məsələlər haqqında isə, deputata yazılı müraciət etmələri seçicilərə tövsiyə olunub.
Görüşdə, həmçinin seçiciləri maraqlandıran suallar cavablandırılıb.
Qəbul, qarşılıqlı anlayışla, səmimi və mehriban bir ortamda keçib.
Qanunla.Az Vüqar Rəhimov