image-qanunla-reklam
image-198319190_339445240906911_5588890230123112482_n

Millət Vəkili Könül Nurullayevanın Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri ilə görüşü baş tutub-FOTO

image-lady-day-az
Görüşdə 𝗔𝗩𝗠𝗩İ𝗕-nin sədri Füzuli Rzaquliyev, 𝗔𝗩𝗠𝗩İ𝗕-nin 𝗡𝗶𝘇𝗮𝗺𝗶 𝗿𝗮𝘆𝗼𝗻 şöbəsinin sədri Rəcəb Baxşiyev və 𝗔𝗩𝗠𝗩İ𝗕-nin təşkilati məsələlər üzrə sədr müavini Vahid Adurəhmanov iştirak etdilər. İclas zamanı Vətən müharibəsinin iştirakçılarından, şəhid və qazilərimizdən, eləcə də onların ailələrinə göstərməli olduğumuz diqqət və qayğıdan söz açdıq. Görüşün əsas məğzini isə hal-hazırda qazilərimizin əllillik statusu ilə bağlı yaşadıqları problem və ya hiss etdikləri narahatlıqlar ətrafında aparılan fikir mübadiləsi təşkil etdi.
Vurğulamaq istərdim ki, şəhid və qazilərimizin ailə və doğmalarına qayğı və nəvaziş göstərmək, onları daim yada salmaq bizim həm mənəvi, həm də vəzifə borcumuzdur. Mənim də bu əsnada əməyimi dəyərləndirdiyi və məni fəxri fərmanla təltif etməyə layiq gördüyü üçün 𝗔𝗩𝗠𝗩İ𝗕-nin sədrinə dərin təşəkkürümü bildirirəm.
Azərbaycan dövləti və xalqı 𝟯𝟬 ildən sonra qazandığı bu şərəfli qələbəni canını vətən uğrunda qurban verməkdən çəkinməyən igid oğullarına borcludur. Məhz belə vətən övladlarımızın sayəsində sonunda torpaqlarımıza qovuşduq, Qarabağı geri aldıq.
Vətən sizinlə daim fəxr edir!
Bir 1 nəfər və ayakta şəkili ola bilər
Bir 1 nəfər, ayakta, oturur və içəridə şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki