image-qanunla-reklam
image-201821837_3815615465217131_2143104671111500902_n

Millət vəkili qardaş Türkiyənin Altınordu Bələdiyyəsinin proqramında türk aydınlarına və gənclərinə çağırış edib

image-lady-day-az
MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qardaş Türkiyənin Altınordu Bələdiyyəsinin proqramında türk aydınlarına və gənclərinə çağırış edib.
MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva qardaş Türkiyənin Altınordu Bələdiyyəsinin həftəlik “Altın Söhbətlər” proqramının qonağı olub. Proqram “Youtube” üzərindən yayınlanır.
Q.Paşayeva “Altın Söhbətlər” mədəniyyət proqramında Qarabağdakı işğal mədəniyyətsizliyindən,quruculuq mədəniyyətinə keçid barədə danışıb, Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı statusu almasını xüsusi vurğulayıb: “Şuşa Qafqazın konservatoriyası, Türk-İslam aləminin də mədəniyyət paytaxtlarından biridir. Buna Şuşanının tarixi, ənənələri, maddi mənəvi sərvətləri və bugünkü təmir-bərpa işləri əsas verir. Biz çox şadıq ki, Şuşa şəhəri artıq Türkiyə Cümhurbaşqanını qarşılamağa hazırlaşır. Bir millətin iki dövlətinin başçıları məhz Şuşadan bütün dünyaya birgə ismarıc verəcək, mühüm sənədləri məhz Şuşada imzalayacaqlar”!
Q.Paşayeva həmçinin Azərbaycan ordusunun Qarabağ zəfərindən sonra bölgədə yaranan yeni strateji imkanları şərh edib.
Türkiyə-Azərbaycan həmrəyliyi ilə əldə edilən zəfəri “Əfsanə geri döndü” deyə tərif edən Q.Paşayeva qardaşlığın gücünü də xüsusi vurğulayıb:
“Azərbaycanımızın 44 günlük Vətən Müharibəsində, uzun illər işgalçı Ermənistanın əlində vandallığa uğrayan toroaqlarımızın azad edilməsində bizim yanımızda olan qardaş Türkiyəmizə, dünyanın dörd bir yanından Azərbaycanın – ədalətin, haqqın yanında olan hər kəsə təşəkkür edirik. Türkiyənin mənəvi, diplomatik-siyasi dəstəyi çox önəmliydi. Çünki biz işğal altında olan torpaqlarımızı azad edərkən, işğalçı, terror dövləti Ermənistanın arxasında dünyanın böyük gücləri vardı.
O güclər Azərbaycana çox ciddi basqılar etdi. Amma Ali Baş Komandanımız İlham Əliyev açıqca “Nə edərsiniz edin, biz geri çəkilməyəcəyik. – Xalqımızla, dövlətimizlə birgə bu mücadiləmizi sonunadək davam etdirəcəyik” deyərək, basqılara qarşı durdu.
Xalqımız da dövlət başçımıza “Biz yanınızdayıq. Hər birimiz bir əsgərik” deyərək birlik və bərabərliyimizi göstərdi. Bu birlik və bərabərlik içərisində torpaqlarımızı işğaldan azad etdik. Şəhitlərimiz və qazilərimiz qəlbimizin başköşəsində əbədiyən yaşayacaqlar.” deyərək fikirlərini bölüşdü.
Arzu edənlər proqramı bu linkdən izləyə bilərlər:
Bir 1 nəfər şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki