image-qanunla-reklam
image-qenire-shehid-anasi

Millət vəkili şəhid MAXE-nin anası ilə görüşdü

image-lady-day-az

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, qəhrəman gizirimiz Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı ilə Milli Məclisdə görüşüb.

Qanunla.Az xəbər verir ki, komitə sədri şəhid anasını dinləyib, qayğıları ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb.

Qeyd olunub ki, Sübhan Abdurahmanlı “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

“Sübhan Abdurahmanlı kimi hərbçilərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili bildirib.

Komitə sədri şəhid anasına hər zaman yanında olduğunu bildirib və ona Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki Sübhan Abdurahmanlı (18.10.1992, Bakı – 02.10.2020, Füzuli) – 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Azərbaycan Ordusunun giziri olan Sübhan Abdurahmanlı 2020-ci il sentyabrın 27-də başlayan Azərbaycan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fədakarlıqla iştirak edib. Ruhu şad olsun!

Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib və şəhid anasına “könlümüz və bütün imkanlarımızla hər zaman yanınızdayıq” deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki