image-qanunla-reklam
image-img_20210507_174701

Millət vəkili vətən müharibəsi şəhidinin məzarını ziyarət edib – FOTOLAR

image-lady-day-az

Millət vəkili Anar Məmmədov Vətən müharibəsi şəhidi Fərid Adıgözəlovun məzarını ziyarət edərək şəhidin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarı önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Şəhid ailəsinin müraciətinə əsasən, şəhidin məzarının ətrafı Millət vəkili Anar Məmmədov tərəfindən çərçivəyə alınmışdır.

Eyni zamanda Şəhidin ailə üzvülərinə bildirilmişdir ki, Ali Baş Komandanımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əsrin dörddə birindən çox davam edən münaqişəni 44 gün ərzində həll etdiyini, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanların, həmçinin onların ailələrinin daim dövlətin qayğısı ilə əhatə olunduqları vurğulanıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.

Şəhid ailəsi göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki