image-970_50
image-img_20211008_083033

Millətlər Liqası: Fransadan möhtəşəm geridönüş

image-728_90

UEFA Millətlər Liqasında ikinci finalçının adı bəlli olub.

Qanunla.Az xəbər verir ki, yarımfinal görüşündə Belçika və Fransa yığmaları üz-üzə gəlib.

Oyunda hesab 37-ci dəqiqədə açılıb. Belçikanın heyətində Yannik Karrasko fərqlənib. Bu qoldan cəmi 3 dəqiqə sonra Romelu Lukaku fərqi 2 topa çatdırıb. Birinci hissə bu hesabla başa çatıb. 62-ci dəqiqədə Fransa millisinin hücumçusu Kərim Benzema buraxılan qollardan birinin əvəzini çıxıb. 7 dəqiqə sonra Kilian Mbappe penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Matçın 90-cı dəqiqəsində fransalı Teo Ernandes komandasının qələbə qoluna imza atıb – 2-3.

Bu nəticə ilə Fransa finalda İspaniyanın rəqibi olub. Final matçı oktyabrın 10-da keçiriləcək.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki