image-qanunla-reklam
image-422686485

Milli maraqların təmin olunması bütün məsələlərdə mütləq prioritetdir

image-lady-day-az

Milli maraqların təmin olunması bütün məsələlərdə mütləq prioritetdir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və güclü sərkərdəlik məharəti ilə müzəffər Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları ilə milli dövlətçilik tariximizə ən böyük zəfər və qəhrəmanlıq salnaməsini yazmaqla torpaqlarımızı erməni işğalından azad edib. Azərbaycan bu gün multikultural ölkə olaraq, bütün xalqların və etnik qrupların həmrəyliyini həm də döyüş meydanında təcəssüm etdirməklə öz ədalətli mübarizəsini qələbəyədək apararaq ərazi bütövlüyümüzün bərpasına və təcavüzkar Ermənistanın kapitulyasiyasına nail oldu.
Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətinin alması və ədalətli mühakimə olunmasıdır. Ötən dövr ərzində Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Bundan əlavə ermənilər işğal etdiyi əraziləri xarabalığa çevirmiş, talan etmişdir. Qarabağ və ətraf rayonlarda həm ekoloji, həm də maddi-mənəvi abidələrə qarşı terror əsdirmişdir. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi. Həmçinin ermənilər bu ərazilərdə yerləşən təbii sərvətlərimizi 30 il boyunca qanunsuz olaraq istismar etmişdir. Təbii ki, bunlar cavabsız qalmayacaqdır. İşğaldan azad olunmuş torpaqlarımızda dəymiş ziyan həm daxili, həm də xarici ekspertlər tərəfindən hesablanmaqdadır.. Bütün hesablamalar bitdikdən sonra, Ermənistan dövləti beynəlxalq məhkəmələrə veriləcəkdir. Rəsmi İrəvan və havadarları həm törətdiyi cinayətlərə həm də Azərbaycana vurduğu maddi-mənəvi ziyana görə beynəlxalq hüquq qarşısında cavab verəcəkdir!

Əsədova Pakizə,
Saatlı rayon fəalı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki