Milli Məclisin deputatı Jalə Əliyeva seçiciləri ilə ilk görüşünü keçirib.
Qanunla.Az xəbər erir ki, Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 50-dən çox vətəndaş iştirak edib.
Deputat seçicilərin müxtəlif istiqamətlər üzrə məsələlərini, problemlərini dinləyib, müraciətlərini qeydə alıb.
Qəbulda Zərdab rayon İcra Hakimiyətinin Vətən müharibəsi əlilləri və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov,19 Saylı Ərazi Məşğulluq Filialının Zərdab xidmət şöbəsinin baş mütəxəssisi Şəhriyar Şükürzadə, deputatın köməkçisi Firdosi Eyvazov iştirak ediblər.
Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər olub.
Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb.
Seçicilər göstərilən diqqətə görə Prezident İlham Əliyevə və millət vəkili Jalə Əliyevaya təşəkkürlərini bildiriblər. Hər zaman dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər.
Vüqar Rəhimov