image-qanunla-reklam
image-yenigundem_e2ca73f38282776fcc05c5196994c6e7_w1kn3v0q8yiuo5cls4x2-620x460

Milli Məclisin deputatı Milli Qəhrəman Maşallah Abdullayevi ziyarət etdi – FOTOLAR

image-lady-day-az

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevi evində ziyarət edib.

Milli Qəhrəman Maşallah Abdullayev və ailəsi ilə çay süfrəsi ətrafında səmimi söhbət aparan deputat Anar Məmmədov onların problemləri ilə maraqlanıb. Onu qeyd edək ki, Maşallah Abdullayev Birinci Qarabağ müharibəsi ərəfəsində könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə fəal iştirak edib, Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olub.

Anar Məmmədov daha sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə, əlillərə, Qarabağ müharibəsi, 20 yanvar, Çernobıl iştirakçılarına, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi veteranlarına və ailələrinə, qaçqın və məcburi köçkünlərə daima böyük qayğı ilə yanaşdığını diqqətə çatdırmışdır.

Milli Qəhrəman Maşallah Abdullayev də ona göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki