image-qanunla-reklam
image-save_20210618_145535

Milli Qurtuluş Günü

image-lady-day-az

Milli Qurtuluş Günü

1993-cü il aprelin əvvəlində Kəlbəcərin işğalından sonra AXC-nin daxilində əvvəlki iqtidarın əlaltıları və Rusiyaya xidmət edən ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə genişləndi.Sürət Hüseynovun başçılıq etdiyi hərbi hissə cəbhə bölgəsini tərk edərək 1993 –cü ilin iyunun 4 –də Gəncədə hərbi qiyam qaldırdı.Danışıqlar nəticəsində parlamentin sədri,Baş nazir,üç güc nazir istefa verdi. 1993-cü il iyunun 13-14 – də Heydər Əliyevin Gəncədə qiyamçılarla danışıqlar aparması nəticəsində,qiyamçılar danışıqlarla silahı yerə qoydu.1993-cü ilin avqustunda Müdafiə Nazirinin müavini Əlikram Hümbətov qiyam qaldıraraq Cənub bölgəsində-Lənkəranda qanuni hakimiyyəti devirdi. Burada qondarma “Talış Muğan Respublika”yaratdı. 1993 – cü ildə iyunun 15-də Milli Məclisin sesiyasında Heydər Əliyev Milli Məclisin sədri seçildi.1997-ci ildən etibarən 15 iyun Milli Qurtuluş Günü kimi qeyd olunur. 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə Prezident Ə.Elçibəy qardaş qırğınının qarşısını almaq üçün Bakını tərk edərək.Yaşadığı Ordubad rayonunun Kələki kəndinə getdi. Milli Məclis prezident səlahiyyətlərini Heydər Əliyevə həvalə etdi.1993-cü il avqustun sonunda ümumxalq referendumuna Azərbaycan xalqı Əbülfəz Elçibəyə prezident kimi etimadsızlıq göstərdi.1993-cü il oktyabrın 3-də Heydər Əliyev birinci müddətə Azərbaycan prezidenti seçildi. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın özbaşnalıqdan,parçalanma təhlükəsində qurtulduğu,sabitliyə ,əmin-əmanlığa,demokratiya qovuşduğu günüdür.Umummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi,inamımızı özümüzə qaytardı.15 iyun təkcə dövlətçiliyimizin xilası deyildi.Bu tarix həm də Azərbaycanın bu gününü,sabahını müəyyənləşdirdi. Bu gün xalqımız görür və əmindir ki,müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Üklər Nərimanova.
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki