image-qanunla-reklam
image-15289716064567

“Milli Qurtuluş Günü-Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda videokonfrans keçirilib-FOTOLAR

image-lady-day-az

“Milli Qurtuluş Günü-Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda videokonfrans keçirilib.

08.06.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş günü münasibətilə “Milli Qurtuluş günü-Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda videokonfrans keçirildi.
Videokonfransda Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab, Ucar, Göyçay və Ağdaş Heydər Əliyev Mərkəzlərinin əməkdaşları iştirak etdilər.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova videokonfransı açaraq, çıxışında Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun əhəmiyyətindən danışıb. Bildirib ki, xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulub.
Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir, deyə bildirən Könül xanım ulu öndərin hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyasının müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyduğunu diqqətə çatdırıb.
15 İyun – Milli Qurtuluş gününün mahiyyəti, onun müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafındakı rolundan bəhs edən Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova böyük qayıdışı doğuran səbəbləri, həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətini açıqlayıb. Vurğulayıb ki, ulu öndər öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində dayanan nəhəng şəxsiyyətlərdəndir. Bu zirvədən bütöv bir xalqın – Azərbaycan xalqının dünəni, bu günü və sabahı görünür.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova məruzəsində 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın rifahının yaxşılaşdırlımasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmdirilməsindən danışaraq, bu gün dünyada yeri və rolu artan Azərbaycanın dahi öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edib.
Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Məsmə xanım çıxışında bildirib ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkədə iqtisadi inkişafa, siyasi sabitliyə nail olunub.
“Heydər Əliyevin gənclər siyasəti etibarlı əllərdədir” adlı məruzə ilə çıxış edən Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxəliyeva bünövrəsi ulu öndər tərəfindən qoyulan dövlət siyasətinin bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Öz çıxışında ölkənin inkişafı, dövlətçiliyin yüksəldilməsində Heydər Əliyev dəsti-xəttinin olduğunu, ümummilli liderin hakimuiyytədə olduğu dövrlərdə gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb, onun milli kadrların yetişməsindəki müstəsna rolunu qeyd edib.

Bir 2 nəfər və mətn şəkili ola bilər

Bir 2 nəfər və mətn şəkili ola bilər

Bir 3 nəfər və bunu deyən yazı "15:38 Metanet Qeribova" şəkili ola bilər

Bir 5 nəfər və mətn şəkili ola bilər

Bir 4 nəfər və mətn şəkili ola bilər

Bir 4 nəfər və bunu deyən yazı "15:27 Heydar aliyev Markazi Zardab Abdulla Hüseynov Nurana Azizli Tnz Şixalıyeva Turana (Ağdaş)" şəkili ola bilər

Bir 4 nəfər və mətn şəkili ola bilər

Bir 4 nəfər və mətn şəkili ola bilər

Bir 4 nəfər və mətn şəkili ola bilər

Bir 4 nəfər və mətn şəkili ola bilər

Bir 4 nəfər və mətn şəkili ola bilər

Bir 1 nəfər, gözlük və bunu deyən yazı "15:09 Zoom Leave Unmute S Participants More" şəkili ola bilər


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki