Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirəcək.
“Qanunla.az” xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma Misir seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan komandası ilk matçda İrakı 2:0 hesabı ilə üstələyib. Milli oktyabrın 31-də Küveytlə qarşılaşacaq.