image-970_50
image-konul-nurullayeva

Minaların xəritələrinin verilməsi Ağdamda infrastruktur layihələrinin icrasını sürətləndirəcək — Deputat

image-728_90

Ermənistan Ağdam üzrə minalanmış zonaların xəritələrini verməyə məcbur edildi. Bu, Azərbaycanın növbəti diplomatik qələbəsidir.

Bu xəritələr rayon üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirir. Bu, kifayət qədər böyük rəqəmdir. Bununla xeyli sayda insanın həyatı üçün gözlənilən təhlükə aradan qalxacaq, eyni zamanda, bərpa prosesi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı sürətlənəcək. Bildiyimiz kimi, ötən ay Ağdamın Baş Planı təsdiqlənib və genişmiqyaslı infrastruktur layihələrinə start verilib. Bu mənada xəritənin verilməsi olduqca vacib idi və Azərbaycan Prezidenti bununla növbəti qələbəyə imza atdı. Bu proses, eyni zamanda, Azərbaycanın humanitar təşəbbüsü ilə müşayiət olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, razılığa əsasən, xəritələrin Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verildi. Prosesə töhfə verənlər arasında ABŞ-ın Dövlət katibi Entoni Blinken, onun Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunun olması da təqdirəlayiqdir. Bu, Qarabağda sülhün, təhlükəsizliyin davamlı və dayanıqlı olmasına töhfədir.

“Azərbaycan hər zaman beynəlxalq vasitəçilərdən bu cür konstruktiv yanaşma gözləyir və burada birtərəfli maraqdan söhbət getmir. Ermənistan xəritələri təqdim etməklə 15 nəfərin geri qaytarılmasına nail oldu. Yəni, Azərbaycan bu cür proseslərdə qarşılıqlı kompromisin əleyhinə deyil. Geri qaytarılan 15 nəfərə gəlincə, onlar hazırda məhkəmə qarşısına çıxarılan cinayətkar yaraqlılardan fərqlənir. Təbii ki, bu cinayətkarlarla bağlı Azərbaycanın mövqeyi prinsipialdır-onlar törətdikləri cinayətlərə görə mütləq şəkildə ədalət mühakiməsi qarşısında cavab verməlidirlər və verirlər. Ermənistan bölgədəki sülhyaratma missiyasında nə qədər sağlam mövqe tutarsa, bu, həm də onun özü üçün faydalı ola bilər. İstər beynəlxalq vasitəçilər, istərsə də Ermənistan bundan sonra da təhlükəsizlik prosesində konstruktivliyi qorumalıdır”, – deyə deputat qeyd edib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki