image-qanunla-reklam
image-1618465810_e4cf8e8f-9023-4548-aa2d-2df15814778d

Mingəçevir sakinlərinin haqlı narazılıqlrı – FOTO // VİDEO

image-lady-day-az

Mingəçevir Şəhəri Təbriz küçəsi 2/17, Mikayıl Müşfiq 3 və 4 ünvanlarında yerləşəng köhnə ikimərtəbəli barak tipli binaların sakinləri DogruXeber.az informasiya agentliyinin redaksiyasına müraciət ediblər. Müraciətlərində yaşadıqları binaların qəzalı vəziyyətdə olmasından şikayətlənirlər.
Onların sözlərinə görə bina 1948-ci ildə müvəqqəti yaşayış üçün inşa edilmiş, artıq istismar müddətini çoxdan başa vurmuşdur. Hazırda yaşamağa yararsız halda olmasına baxmayaraq, 36 ailə hələ də orada yaşamağa məcburdurlar.
Sakinlər onu da vurğulayıblar ki, sözügedən məsələ ilə bağlı 17 ildir ki, müraciət etmədikləri yer qalmayıb. Lakin, təəssüflər olsun ki, hələ də onların problemləri həll olunmamış qalır.

Biz də öz növbəmizdə KİV-ri haqqında qanunun tələbinə uyğun olaraq Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, məsələyə münasibət bildirmələrini istədik.
İcra Hakimiyyətindən bizə bildirdilər ki, məsələdən xəbərdardırlar və həlli istiqamətində müvafiq tədbirlər görülməkdədir. 2021-ci ilin sonuna qədər bu problem aradan qaldırılacaq.

DogruXeber.az İnformasiya Agentliyi

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki