image-qanunla-reklam
image-su-anbar

Mingəçevir su anbarında zəlzələ oldu

image-lady-day-az

Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında noyabrın 26-da zəlzələ qeydə alınıb.

Qanunla.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 09:43-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki