Mingəçevirdə 16 yaşlı Xocalı sakinini öldürən şəxsin kimliyi məlum olub.
Qanunla.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs Ağdam rayonu Abdalgülablı kənd sakini Qasımov Əlixan Nuxa oğludur. O tapançadan açdığı atəşlə Xocalı rayon sakini olan 16 yaşlı məktəbli Kərimov Orxan Tofiq oğlunu öldürüb.
Ə. Qasımov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri hələki məlum deyil.