image-qanunla-reklam
image-1634195068_e2f53a20-878c-3c53-bcfb-141beadfbae0_850

Mingəçevirdə silah-sursat aşkarlanıb – FOTO

image-lady-day-az
Mingəçevirdə silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundanməlumat verilib.
Bildirilib ki, DİN-in ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub və Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.
Oradan 823 ədəd avtomat və 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki