Mingəçevirdə 1961-ci il təvəllüdlü kişinin meyiti aşkarlanıb.
Qanunla.Az xəbər verir ki, köşkdə aşkarlanan meytin 1961-ci il təvəllüdlü Akif Qarayeva məxsus olduğu məlum olub.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Mərhumun nəşi tibbi ekspertizaya aparılıb və ölüm səbəbi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.