image-qanunla-reklam
image-1686821389_default

Minskdə KTMT Nazirlər Şurasının iclası keçiriləcək

image-lady-day-az

İyunun 20-də Minskdə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

“Qanunla.az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“İyunun 20-də Minskdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. İclasın yekununda bir sıra birgə sənədlərin təsdiqlənməsi gözlənilir”, – Zaxarova qeyd edib.

Xatırladaq ki, Belarus bu il KTMT-yə sədrlik edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki