Fransanın “Miraj 2000-5F” (Mirage 2000-5F) təyyarələri tezliklə Ukraynada olacaq.
Qanunla.az xəbər verir ki, bu barədə “Avions Legendaires” məlumat yayıb.
“İlk üç qırıcı yanvarın 20-nə kimi Ukraynaya çatdırılacaq. Eyni zamanda, bəzi mənbələr təyyarələrin artıq Ukraynada olduğunu, lakin hələlik yalnız təlim uçuşları həyata keçirdiklərini iddia edirlər”, – nəşr yazıb.
Rəsmi olaraq Fransa və Ukrayna məlumatı şərh etməyib.