image-qanunla-reklam
image-0b2047f3-f881-37ac-aa94-bdbb9033f8cf_850

Misirdə çoxmərtəbəli yaşayış binası uçdu – Ölənlər var

image-lady-day-az

Misirin paytaxtı Qahirədə on mərtəbəli yaşayış binasının dağılması nəticəsində azı 3 nəfər həlak olub, daha 23 nəfər xəsarət alıb.

Qanunla.Az xəbər verir ki, bu barədə ölkənin “Al-Ahram” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə şənbə günü səhər saatlarında olub. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Dağıntılar altında insanların axtarışı aparılır.

Hadisənin başvermə səbəbləri məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki