image-qanunla-reklam
image-img_20211123_135730

Misirdə şagirdlər arasında “Azərbaycanı kəşf et” mövzusunda rəsm müsabiqəsi keçirilib

image-lady-day-az

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Misir üzrə koordinatoru Səbinə Səmədova və “El Hedaya Co” şirkətinin təsisçisi Sədaqət Səmədovanın təşkilatçılığı ilə Qahirə şəhərində “Azərbaycanı kəşf et” adlı rəsm müsabiqəsi keçirilib.
Qanunla.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Misirdəki səfirliyində müsabiqənin qaliblərinə mükafatların təqdimatı mərasimi keçirilib. Misirli 10 şagirdə “El Hedaya Co” şirkətinin şəhadətnaməsi və hədiyyələri təqdim olunub.
Bundan sonra hər il keçirilməsi nəzərdə tutulan müsabiqənin münsiflər heyətinə Misirin tanınmış rəssamı Məhəmməd Nacib və alim Heba Mahmud daxil olub. Tədbirdə ərəb dilində nəşr olunmuş “Qarabağ Azərbaycandır” kitabı da təqdim olunub.
Sonra misirli şagird Zina Mustafa Dərviş Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyib. Tədbir Misir mətbuatı tərəfindən işıqlandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki