Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqın şimalında terror təşkilatı PKK-ya növbəti zərbəni endirib.
Qanunla.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, MİT “Rojda Azad” kod adlı terrorçu Zəhra Sebat və ‘Çirav Cudi’ kod adlı Sərhad Ərdoğanın Türkiyə Silahlı Qüvvələrinə qarşı hücuma hazırlaşdığını müəyyən edib.
Əldə edilən məlumatdan sonra MİT tərəfindən hər 2 terrorçuya qarşı əməliyyat keçirilib və İraqın Hakurk bölgəsində zərərsizləşdirilib.