image-qanunla-reklam
image-187168fd-71bb-4ebe-809b-211d7e5d31fd

Mixail Şvıdkoy: “Prezident İlham Əliyevin yubileyi Azərbaycanın inamlı uğurları ilə əlamətdardır”

image-lady-day-az

 

“İlham Əliyevin 60 illik yubileyi Azərbaycanın siyasi və sosial-iqtisadi sahədə qazandığı inamlı uğurlarla əlamətdardır ki, bu da Prezidentin yubileyinə əsas hədiyyədir”.

Bunu “Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

O bildirib ki, Prezidentin ad günündə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində onun ünvanına təbriklər səsləndiriləcək.

“Rusiyada İlham Əliyevin canının sağlam olması üçün deyiləcək sözlər xüsusilə isti və dostcasına səslənəcək. Çünki Azərbaycan Prezidentinin Rusiyada çoxlu dostları var. Onlar təkcə dövlət başçısının həmyerliləri arasında deyil, həm də uzun onilliklər ərzində onun ailəsi ilə qarşılaşanların sırasındadırlar. İlham Əliyev görkəmli atanın – Azərbaycan xalqının dahi oğlu, ölkənin müstəqillik qazanması, dünya miqyasında özünəməxsus səsi olması üçün çoxlu səylər göstərən Heydər Əliyevin layiqli övladıdır”, – M.Şvıdkoy vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqda humanitar əlaqələr xüsusi yer tutur:

“Hörmətli Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrə göstərdiyi diqqət nəzərəçarpandır və çox vacibdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki