image-qanunla-reklam
image-fb_img_1623239049573

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Türkiyədən gəlmiş “Hədiyyə karvanı” heyəti ilə görüşüb

image-lady-day-az

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Türkiyədən gəlmiş “Hədiyyə karvanı” heyəti ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş ölkədən gəlmiş “Hədiyyə karvanı” heyətii ilə Milli Məclisdə görüşüb.
Azərbaycanda səfərdə olan Türkiyənin nüfuzlu iş adamı, Uşaq Oyunları və İdman Klubları Federasiyasının başqanı Mehmet Mutlu, Türkiyə Ticarət Universiteti Öyrətim üzvü, Prof. Mustafa Ilıcalı və İstanbul Universiteti rektor yardımçısı, Prof. İlyas Topsakalla mayın 31-də gerçəkləşən görüşdə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu, “Yeni Müsavat”ın əməkdaşları Aygün Muradxanlı və Elşad Paşasoy da iştirak edib. Görüşdə gündən-günə genişlənən Azərbaycan-Türkiyə işbirliyi, tarixi Qarabağ Zəfəri, Türk dünyasında yeni işbirliyi imkanları və aydınların, mədəniyyət xadimlərinin bu istiqamətdə üzərində düşən mənəvi məsuliyyətdən söz açılıb.
Mehmet Mutlunun təşəbbüsü ilə Türkiyədən yola çıxan, 31 maydan etibarən 20 gün içində respublikamızın 16 bölgəsini gəzəcək, şəhid və qazi ailələrinin uşaqlarını sevindirəcək “Hədiyyə karvanı”ndan danışılarkən bu xeyirxah addımla bağlı yüksək fikirlər ifadə olunub. Mehmet Mutlunun “adını “Hədiyyə karvanı” qoyduq, amma əslində adı sevgi karvanıdır” haqlı söyləminə qarşı Qənirə Paşayeva “adın nə olmasının fərqi yoxdur, sizin niyyətiniz gözəldir. Uşaqların sevinməsindən gözəl nə ola bilər?” deyə fikrini bildirib, bu nəcib təşəbbüsə görə bir daha minnətdarlıq edib: “Sizin xeyriyyəçi fəaliyyətinizi ürəkdən təqdir edirik. Bildiririk ki, Mədəniyyət Komitəsi olaraq, belə nəcib layihələrinizdə Sizin yanınızdayıq. Çünki mədəniyyət adına layihələrimizin artması vacibdir. Türkiyə və Azərbaycan gerçəkdən “Bir millət, iki dövlət”dir. Bu bölgədə Türkiyə və Azərbaycan nə qədər güclü olarsa, gələcək nəsillərimiz o qədər güclü olar”.
İstanbul Universiteti rektor yardımçısı, Prof. İlyas Topsakal Gəncə və İstanbul universitetlərinin qardaşlaşması ilə bağlı İstanbul Universitetinin rektorunun təşəbbüsünün olduğunu bildirib. İlyas Topsakal Türkiyə və Azərbaycan ali təhsil ocaqları arasında əlaqələrin genişləndirilməsi zəruriliyinə vurğu edib. Q.Paşayeva bu təşəbbüsü yüksək dəyərləndirib və təşəbbüsün tezliklə gerçəkləşməsi üçün əlindən gələni edəcəyini bildirib.
Görüşdə Qarabağda şəhid və qazi olmuş qəhrəmanların övladları ilə bağlı sevgi karvanlarının bundan sonra daha da genişləndiriləcəyi ifadə olunub.
Səmimi ortamda, qardaşlıq ruhunda keçən görüşün sonunda Q.Paşayeva görüş iştirakçılarına Qarabağ və Türk dünyası motivli xatirə hədiyyələri təqdim edib.

image-fb_img_1623238936200 image-fb_img_1623238940529 image-fb_img_1623238944899 image-fb_img_1623238948991 image-fb_img_1623238954127

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki