MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva gənc rəssam Fuad Musayevi və anasını qəbul edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva gənc rəssam Fuad Musayevi və anası- Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvü Aynur Musayevanı qəbul edib.
Q.Paşayeva Fuad Musayevin yaradıcılığı ilə tanş olduğunu, onun gənc rəssamlar arasında öz istedadı ilə seçildiyini vurğulayıb. Gənc rəssamın yeni yaradıcılıq planları ilə maraqlanan komitə sədri ona uğurlar arzulayıb.
Fuad Musayev “Qarabağ mənzərəsi” rəsm əsərini komitə sədrinə hədiyyə edib.
Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib.