image-qanunla-reklam
image-qeza-yeri-azal

Moskva məhkəməsindən vurulan təyyarəmizlə bağlı qərar

image-lady-day-az

Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib.

Qanunla.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə məhkəmə materiallarında qeyd olunub.

Bildirilib ki, bunu müstəntiq 2025-ci ilin yanvarında istəyib, prokuror isə onu dəstəkləyib.

İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib. Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib.

Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki