Moskvadakı “Zaryadye” parkı mümkün partlayış təhlükəsi ilə əlaqədar boşaldılıb.
“Qanunla.az” xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Portalın məlumatına görə, park işçisi Pavel Ş.-dən təhdid mesajı alıb. Bildirilib ki, onun hesabına 600.000 rubl köçürülməsə, parkadakı əldəqayırma partlayıcı qurğu partlayacaq.
Əraziyə polislər cəlb olunub.