image-qanunla-reklam
image-mossad

MOSSAD-a yeni şef təyin edildi

image-lady-day-az

İsrail Baş naziri Benyamin Netanyahu MOSSAD xarici kəşfiyyat xidmətinə David Barneanı rəhbər təyin edib.

Qanunla.Az xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb. Məlumata görə, 56 yaşlı Barnea bu vəzifədə Yosi Koeni əvəz edəcək. Koenin rəsmən istefaya 1 iyunda gedəcəyi vurğulanıb.

Qeyd edək ki, Barnea İsrail Baş Qərargahında kəşfiyyat alayının döyüşçüsü olaraq xidmətə başlayıb. O, MOSSAD-a 1996-cı ildə qəbul edilib, İsrailin xaricdəki operativ bölmələrinin komandiri olub.

2019-cu ildən o, MOSSAD sədrinin müavini vəzifəsini icra edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki