image-qanunla-reklam
image-1628659386_mossad-kem-kohen

“Mossad”ın keçmiş şefi də rüşvətxorluqda suçlandı…

image-lady-day-az
“Bizimkilər bunu bəhanə edərək özlərinə toxtaqlıq verib dolayısıyla haqq qazandırmasınlar…”
İsrailin baş prokuroru Aviçay Mandelblit yeni dövlət prokuroru Amit Eysmana keçmiş “Mossad” rəisi Yossi Kohenin rüşvət alması iddialarını araşdırmağı tapşırıb.
Qanunla.Az  xəbər verir ki, bu haqda yerli  “Times of Israel” qəzeti yazır.
Y.Kohenin İsrailin keçmiş Baş naziri Benyamin Netanyahu ilə bağlı korrupsiya işlərindən biri ilə əlaqəli olan Avstraliyalı milyarder Ceyms Pakerdən qızının toyu üçün 20 min dollarlıq hədiyyə aldığı iddia deyilir.
Sabiq “Mossad” şefi eyni zamanda bir neçə başqa korrupsiya ittihamı ilə üzləşib. Lakin İsraildə konfidensiallıq(gizlilik) qanunlarına görə detallar açıqlanmır.
Y.Kohen ötən ay təqaüdə çıxıb.  İsrail maliyyə və biznes nəşri “Globes”in yazdığına görə, onun “SoftBank”ın İsrail üzrə əməliyyat direktoru təyin olunacağı gözlənilir.
P.S. Bizimkilər bunu bəhanə edərək özlərinə toxtaqlıq verib dolayısıyla haqq qazandırmasınlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki