image-qanunla-reklam
image-1719922976-msk-2-1_-1

MSK seçkiqabağı təşviqatla bağlı elan yaydı

image-lady-day-az

Mərkəzi Seçki Komissiyası 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqatla bağlı elan yayımlayıb.

Qanunla.az xəbər verir ki, elanda qeyd edilib ki, seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

MSK-dan bildirilib ki, həmin media subyektləri İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti, “Bakinski raboçi” qəzetidir.

Qurum qeyd edib ki, yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il dekabrın 28-dək) dərc etməlidirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki