image-qanunla-reklam
image-201417235_345494996966752_3936950743151136945_n

Müasir tariximizin dönüş nöqtəsi olan 15 iyun Qurtuluş Gününü qeyd edəcəyik-Elnur Allahverdiyev

image-lady-day-az
Bu tarixdən uzaqlaşdıqca, onun bizim üçün nə qədər əzəmətli olduğunu daha dərindən anlayır, hiss edirik. Yaşadığımız firavan həyat, inkişaf etmiş ölkəmiz, Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin əsası məhz həmin gün qoyulub. Xalqımızın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdaraq, dərin tənəzzül və böhran içində olan dövlətimizi rifah və tərəqqi yoluna yönəldib. 15 iyun 1993-cü il müasir tariximizin yeni mərhələsinin başlanğıc anıdır.
Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin bu tarixi günlə bağlı təşkil etdiyi onlayn-konfransda iştirak etdim. 15 iyun 1993-cü ildən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi islahatlar, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulu mövzusunda çıxışım oldu. Bu islahatların Azərbaycanın dövlət kimi bərqərar olmasında müstəsna əhəmiyyəti var.
Qurtuluş Gününüz mübarək! Yaşasın müstəqil Azərbaycan!
Bir 1 nəfər və ofis şəkili ola bilər
Bir 14 nəfər və mətn şəkili ola bilər
Bir 1 nəfər, içəridə və ofis şəkili ola bilər
Bir 5 nəfər və mətn şəkili ola bilər
Bir 1 nəfər və ofis şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki