image-970_50
image-1627912452-qazi

Müharibə iştirakçısı Polis Şöbəsində döyülüb? – DİN-dən AÇIQLAMA

image-728_90

“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı Kənan Aşurovun əsassız olaraq Ağstafa rayon Polis Şöbəsinə gətirilməsi, orada döyülməsi və təhqir olunması ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumat dərc edilib”.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Qanunla.Az-a bildirib. Onun sözlərinə görə, iyulun 31-də Ağstafa rayon Yenigün kənd sakini Tural Vəliyevin döyülərək müxtəlif bədən xəsarətləri almasında şübhəli bilinən həmin kənd sakini Kənan Aşurov Ağstafa rayon Polis Şöbəsinə dəvət edilib, lakin sonuncu polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək cəmiyyət içərisində qeyri-adekvat hərəkətlər nümayiş etdirib. Daha sonra K. Aşurov RPŞ-də öz xuliqanlıq hərəkətlərini davam etdirərək şöbə əməkdaşlarına nalayiq ifadələr işlədərək Vətən Müharibəsi iştirakçı olduğuna görə etdiyi qanunsuzluqlara göz yumulmalı olduğunu, polisə gətirilməməli olduğunu bildirib və inzibati binada xidmət göstərən polis əməkdaşlarının xidmətinə mane yaradıb. Bundan sonra K. Aşurovun anası İlhamə Aşurova da polis şöbəsinə gələrək övladının qeyri-adekvat hərəkətlərini dəstəkləmiş və polis əməkdaşlarına nalayiq ifadələr işlədib. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs həmin maddə ilə təqsirli bilinib, K. Aşurova xəbərdarlıq olunub, İlhamə Aşurova isə 50 manat miqdarında cərimə edilib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki